Bakı. Trend:
Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə Azərbaycan DövlətTurizm Agentliyinin (DTA) əməkdaşlığı çərçivəsində regionlardakıyerləşmə müəssisələrinin üzərindəki reklam lövhələrininmonitorinqinə başlanılır.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bu haqda razılıq həriki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə əldəedilib.
İlkin mərhələdə monitorinqlər Gəncə, Göygöl, Şəki, Qəbələ,Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində 160-dan çox yerləşməmüəssisəsi üzrə keçiriləcək.
Aparılan müzakirələrdə regionlarda yerləşən bir sıra hotellərinmüvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi iləsatış həyata keçirmələri, həmçinin "Turizm haqqında" qanunda qeydedilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin"hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozduqlarıqeyd olunub.
“Reklam haqqında” qanunda da qeyd olunduğu kimi, reklam əmtəəistehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı,çaşqınlıq hissi yaratmamalıdır.
Müzakirələr nəticəsində istehlakçıların aldadılmasının və yanlışməlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanunimənafelərinin müdafiəsini təmin etmək məqsədilə regionlarda ulduzkateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakıreklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.
Qeyd edək ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyəicazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduzkateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmişsertifikatlarını ADRA-ya təqdim etməlidirlər.