Qusarda YAP Qusar rayon təşkilatının təsis olunmasının 32 illiyi qeyd edilib -Fotolar
14 fevral 1993-cü il Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı təsis olunmuşdur.Bu məqsədlə rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
aia.az xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayon təşkilatının təsis olunmasından, ötən 32 illik fəaliyyətindən, o cümlədən partiyanın qurucusu Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. D.İbramxəlilov hazırda rayon təşkilatının 6495 nəfər partiya üzvünü öz ətrafında birləşdirdiyini qeyd edib.
O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb.
Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Partiyanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını, qazanılan uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını xüsusi vurğulayıb.
Qeyd olunub ki, növbəti seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurları partiyanın artan nüfuzundan xəbər verir.
Partiya veteranları Maya Pirverdiyeva,Əliyulla Ağalorov,Robert Həsənov,Ağabala Ağabalayev rayon təşkilatının təsis olunmasında Heydər Əliyev şəxsiyyətinə olan inam və etimadın böyük meyar olduğunu vurğulayaraq həmin dövr haqqında xatirələrini bölüşüblər. Fəal gənc,şəhid bacısı Elena Cəfərova çıxış edərək bu gün sıralarında 744 mindən çox üzvü birləşdirən siyasi təşkilatın gənc üzvü kimi qürur duyduğunu ifadə edib
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.