Bu gün Quba rayonu I-Nügədi kəndindəki 1N-li məktəbdə Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə insan alveri cinayətinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə seminarı haqqında ictimai birliyinin sədri Eynulla Xeyrullayevdən açıqlama aldıq.
QHT.az-a açıqlama verən Eynulla Xeyrullayev bildirdi ki, tədbirdə məktəblilərin suallarına verilən cavablarda ən çox diqqət yetirilən mövzular arasında sosial şəbəkələr vasitəsilə insan alveri cinayətlərinə cəlb edilmə, uşaq əməyinin istismarı, insan alverinin ilkin anlayışları və necə qorunmalı olma məsələləri yer alıb. Həmçinin, dövlətin insan alverinə qarşı mübarizə sahəsindəki siyasəti, Milli Koordinatorun rolu, sığınacaqlar və fondlar haqqında da ətraflı məlumat verilib.
Eynulla Xeyrullayev əlavə edərək qeyd etdi ki, Koalisiyanın fəaliyyəti tədbirdə geniş şəkildə işıqlandırılıb və iştirakçılara bu mövzuya diqqət yetirməyin vacibliyi vurğulanıb. Bu cür maarifləndirmə tədbirləri, gənc nəsli bu cür cinayətlərdən qorumaq və onlara qarşı mübarizənin gücləndirilməsi məqsədini daşıyır.
Qeyd edək ki, tədbirdə məktəblilər, müəllimlər və yerli ictimaiyyət nümayəndələri iştirak edərək, bu ciddi cinayətin qarşısının alınması məqsədilə məlumatlandırıldılar.
Pərvanə Fərhadqızı