Avropa İttifaqı (Aİ) Ukraynanın təşkilata qoşulması prosesini sürətləndirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında “Avropa İttifaqı dünyada” mövzusunda çıxış edən Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.
"Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirmək üçün işimizi gücləndiririk. Biz artıq əhəmiyyətli irəliləyiş əldə etmişik. Amma indi Avropa İttifaqının dağları yerindən tərpətməsinin vaxtıdır. Milli büdcələrin xərcləmə qabiliyyətinin artırılması, ümumi Avropa layihələrinin maliyyələşdirilməsi və Ukraynanın qoşulması prosesinin sürətləndirilməsi: bunlar yeni Avropanın məqsədləri olmalıdır", - o deyib.
Ukraynadakı münaqişədən danışan AK rəhbəri bəyan edib ki, Aİ güc yolu ilə sülhə nail olmaq istəyir: "Ukraynaya güc yolu ilə sülh lazımdır. Avropa güc yolu ilə sülh istəyir", - o qeyd edib.