Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti komandanın azarkeşlərini sevindirib.
Futbolpress.az xəbər verir ki, italiyalının sözlərinə görə, müdafiəçilər Antonio Rüdiger, David Alaba və Lukas Vaskes Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” ilə cavab oyununda meydana çıxmağa hazır olacaqlar:
“Rudiger və Alaba? Onlar yaxşılaşır. Onlar bazar ertəsinə qədər fərdi məşqləri davam etdirəcək və “Mançester Siti”yə qarşı oynamağa hazır olacaqlar”.
Ançelotti jurnalistlərə açıqlamasında “Lukas Vaskes də hazır olacaq” dedi:
“Valverde Vaskes qayıdana qədər sağ cinahda oynamağa davam edəcək. Valverdenin “Mançester Siti”yə qarşı oyunu xoşuma gəldi. Bu mövqeyi bəyənir. O, sabah orada oynayacaq”.
Şənbə günü, fevralın 15-də “Real” İspaniya çempionatında “Osasuna” ilə qarşılaşacaq.