Türkiyə Ordusu Şimali İraq və Suriyada 7 PKK/YPG terrorçusu zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, İraqın şimalında 3, Suriyanın şimalında isə 4 PKK/YPG terrorçusu məhv edilib.
Nazirliyin sosial media hesabında yer alan açıqlamada qeyd olunub:
"Terrorçu haradadırsa, hədəfimiz də oradır. Qəhrəman Türkiyə Silahlı Qüvvələri İraqın şimalında müəyyən etdiyi 3 PKK terrorçusunu, Suriyanın şimalında isə müəyyən etdiyi 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorçuları gözlənilməz, çevik və davamlı əməliyyatlarla məhv etməyə davam edəcəyik".