AZ

Kosinyak-Kamış: Polşa və ABŞ Ukraynaya qoşun yox, firmalar göndərə bilər

Polşa və ABŞ Ukraynaya qoşun yox, öz ticarət firmalarını göndərə bilər .

Bu barədə Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.

“Bu, Polşanın roludur və onu inkişaf etdirmək lazımdır – Ukraynaya qoşun göndərmək yox, maddi-texniki təminat. Bizim edə biləcəyimiz şirkətlərimizi ABŞ ilə Müştərək Müəssisə (iştirakçıların ümumi məqsədə çatdıqları biznes tərəfdaşlığı. - Red.) formatında Ukraynaya göndərməkdir”, - o, ABŞ-nin müdafiə naziri Pit Heqsetlə birgə konfrans zamanı deyib.

O qeyd edib ki, müdafiə sənayesinə sərmayə qoyan şirkətlər Ukrayna ərazisində yerləşdirilməlidir. Onun fikrincə, bu, Ukrayna və NATO-nun təhlükəsizliyini təmin edəcək.

Seçilən
17
aznews.az

1Mənbələr