AZ

Karyerasını İtaliyada davam etdirə bilər

Uruqvay millisinin və “Barselona”nın 25 yaşlı müdafiəçisi Ronald Arauxo karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Turinin “Yuventus” klubu futbolçunu transfer etmək istəyir. “Qoca sinyora” rəhbərliyi yay transfer pəncərəsində Arauxonu almaq üçün cəhd edəcək. Futbolçunun bazar dəyəri 55 milyon avrodur və onun “blauqrana” ilə müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.

Ronald zədə səbəbindən cari mövsüm İspaniya çempionatında cəmi 3 oyun keçirib.

Seçilən
25
futbolpress.az

1Mənbələr