AZ

"Beşiktaş" ABŞ təyyarədaşıyıcısına çırpıldı!

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan USS Harry S. Truman Aralıq dənizində Panama bayraqlı "Beşiktaş-M" ticarət gəmisi ilə toqquşub.

Qəza ötən gecə Misirin Port Səid yaxınlığında baş verib.

Altıncı Donanmadan verilən açıqlamada bildirilib ki, “Nimitz” sinifli USS Harry S. Truman (CVN 75) təyyarədaşıyan gəmisi dünən gecə yerli vaxtla saat 23:46-da Misirin Port Səid şəhəri yaxınlığında hərəkət edərkən “Beşiktaş-M” ticarət gəmisi ilə toqquşub.

Toqquşmanın təyyarədaşıyan gəmisi üçün təhlükə yaratmadığı və hər hansı ziyana səbəb olmadığı, qəzanın araşdırıldığı qeyd edilib.

Açıqlamada kommersiya yük gəmisinin statusu ilə bağlı məlumat paylaşılmayıb.

Seçilən
16
aznews.az

1Mənbələr