AZ

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Ekologiya.az xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini fevralın 28-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 28-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 4 350 manat ödənilib.

Seçilən
31
4
ekologiya.az

10Mənbələr