AZ

Oyun “alver”inə görə klubdan qovuldu, Rusiyada müqavilə bağladı, AFFA hərəkətə keçdi

Adı danışılmış oyunlarda hallandığı üçün ötən ilin noyabrında “Şamaxı”dan qovulan Giorgi Kantariyanın yeni komandası müəyyənləşib.

27 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyanın I Liqasında davam etdirəcək.

O, “Sokol”la mövsümün sonuna qədər müqavilə bağlayıb.

“Şamaxı”ya cari mövsümün əvvəlində Liviyadan gəlmiş gürcüstanlı legionerin Rusiyada forma geyinib-geyinməyəcəyi hələ tam dəqiqləşib.

Yerli futbol federasiyası bu məqsədlə UEFA və FİFA-dan yekun xəbər gözləyir.

İş ondadır ki, Adil Nagıyevi futboldan ömürlük uzaqlaşdırmış AFFA Kantariya ilə bağlı hər iki beynəlxalq quruma bildiriş göndərib.

Federasiya orta sahə oyunçusunun “Şamaxı”dakı əməlləri barədə onları məlumatlandırıb, eyni zamanda, topladığı faktları təqdim edib.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr