Cənubi Koreyanın paytaxtı Seulda Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, An kimi tanınan 40 yaşlarında şəxs saat 19:36 radələrində Çin səfirliyinin binasınının şüşəsini sındırıb içəri girməyə cəhd edib.
Şahidlərin ifadəsinə görə, o, içəridə terror aktı törədəcəyi barədə təhdidlər yağdırıb.
Maraqlısı isə budur ki, həmin şəxs insident zamanı “Marvel” kinostudiyasının seriya filmlərindən olan “Captain America”nın kostyumunda olub.
Məlumata görə eyni kişi bir neçə gün öncə də Seulda dövlət insan haqları təşkilatının binasında həmin komiksin kostyumunda liftə girişi bağlayıb.
"Cebheinfo.az"