Fevralın 14-də Ermənistanın müdafiə naziri Suren Papikyan Belçika Krallığının müdafiə naziri Teo Frankenlə görüşüb.
Herbiand.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Papikyan həmkarını vəzifəyə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Erməni nazir müdafiə sahəsində Ermənistan-Belçika əməkdaşlığının inkişaf edəcəyinə və genişlənəcəyinə ümid etdiyini bildirib.
Müdafiə nazirləri Ermənistan-Belçika əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər. Görüşdə əməkdaşlığın böyük perspektivlərə malik olduğu bildirilib, qarşılıqlı fəaliyyətin inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Bəxtiyar CƏFƏRLİ