"Münhendə sülh sazişi imzalana bilməz - biz burada nə imzalandığını xatırlayırıq".
"Sherg.az" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Münhendə açıqlama verib.
O, Qərb dövlətlərinin o dövrdə vəziyyəti sabitləşdirmək üçün Çexoslovakiyanın Sudetenlandını Hitlerə verdiyi 1938-ci il Münhen Sazişinə istinad edərək, Münheni hər hansı sülh sazişinin imzalanması üçün mümkün yer kimi qətiyyətlə rədd edib.
Zelenskinin bugünkü çıxışından bilinən əsas məqamlar isə bunlardır:
"Ukrayna və Avropasız sülh danışıqları mümkün deyil".
Trampın Putinlə zəngini tənqid edərək dedi: “Bu, təkcə ABŞ üçün risk deyil, bütün dünya üçün riskdir”.
Trampla “yaxşı söhbət” etdiyini bildirib.
ABŞ-lə Ukraynanın təbii ehtiyatlarını müzakirə etməyə hazırıq, lakin “hər şeyi imzalamağa hazır deyilik”.
"Ukrayna NATO-dan kənarda saxlanılarsa, Kiyevin 1,5 milyonluq ordusu olmalıdır".
Zelenski inanır ki, ABŞ administrasiyasında kimin olmasından asılı olmayaraq, bu ölkə heç vaxt Ukraynanı NATO-da ciddi şəkildə istəməyib: "Mən heç vaxt prezident səviyyəsindəki müzakirələrdə NATO-da olacağımızı eşitməmişəm. Heç vaxt. Bu, Tramp üçün sual deyil - söhbət ABŞ-nin siyasətindən gedir".