Azərbaycanın Ələt-Astara İranla dövlət sərhədi magistral yolunun Yenikənd-Biləsuvar hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə X hesabında yazıb.
"Xeyirli, uğurlu olsun!", - paylaşımda vurğulanıb.
Qeyd edək ki, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun açılışı 2018-ci ildə olub.