AZ

Azərbaycan dərman sektorunda Əmək yarmarkası və Biznes sərgisi keçiriləcək

Bakı, TurkicWorld

“Əczaçılar Klubu” İctimai Birliyi, “MÜSİAD Azərbaycan“ İctimai Birliyi və “Avis Tibbi Marketlər Şəbəkəsi”nin birgə təşkilatçılığı ilə fevralın 21-də 14:00-dan 18:00-a qədər Azərbaycan dərman sektorunda Əmək yarmarkası və Biznes sərgisi keçiriləcək.

TurkicWorld xəbər verir ki, dərman sektorunda iş axtaran və çalışan mütəxəssislər üçün “#PotensialıKəşfEt” sloqanı ilə təşkil olunacaq Əczaçılıq sahəsində Əmək yarmarkası və Biznes sərgisinin əsas missiyası Azərbaycan dərman şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, işəgötürən və işaxtaranlar arasında birbaşa əlaqələrin yaradılması və bu sahədə çalışan mütəxəssislərin şəbəkələşməsidir.

Qeyd edək ki, əmək yarmarkasında iştirak edəcək 40-a yaxın işəgötürən firma dərman sektorunda tibb və qeyri-tibb peşə və ixtisaslar üzrə işləmək istəyən işaxtaranları qəbul edəcək.

Biznes sərgisində isə dərman sektorunda çalışan mütəxəssislər bu sektordakı ən son yeniliklər və məhsullar haqqında birbaşa firma təmsilçilərindən məlumatlar əldə edə, sənaye üzrə aparıcı mütəxəssislərlə tanış ola biləcəklər.

Əmək yarmarkası və biznes sərgisində əczaçılıq viktorinası keçiriləcək və iştirak edən əczaçılara tədbirin baş sponsoru olan "Hipokrat" şirkəti tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq.

İştirak ödənişsizdir və qeydiyyat tələb olunmur.

Seçilən
146
7
turkic.world

10Mənbələr