AZ

Pərviz Şahbazov Münxendə IEA-nın icraçı direktoru ilə qlobal enerji bazarındakı vəziyyəti müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolla görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında bildirib.

Nazir görüşdə COP29-un nəticələri, xüsusilə enerji təşəbbüslərinin əhəmiyyəti, eləcə də qlobal enerji bazarında vəziyyət və Agentliklə əməkdaşlığa dair fikir mübadiləsi apardıqlarını vurğulayıb.

Seçilən
30
2
report.az

7Mənbələr