Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 11-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Öncə “Milli Aviasiya Akademiyası” “Azərreyl”lə üz-üzə gəlib. Dörd set davam edən qarşılaşma “Azərreyl”in qələbəsiylə yekunlaşıb. “Murov” isə UNEC-lə qarşılaşmadan inamlı qələbə ilə ayrılıb.
Tura sabah keçiriləcək “Gəncə” – “Abşeron” oyunu ilə yekun vurulacaq. Gəncə İdman Sarayında baş tutacaq görüşə saat 15:00-da start veriləcək.
Yüksək Liqa
11-ci tur
14 fevral
“Milli Aviasiya Akademiyası” – “Azərreyl” 1:3 (23:25, 25:22, 16:25, 21:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Murov” – UNEC 3:0 (25:8, 25:5, 25:7)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Abşeron – 26. Milli Aviasiya Akademiyası – 24. Gəncə – 17. Azərreyl – 15. Murov – 13. UNEC – 0.