AZ

Ərdoğan Trampa səsləndi: Bu, ABŞ-a fayda verməyəcək!

Türkiyə ABŞ Prezidenti Donald Trampın qlobal sülh gündəliyinin təmin edilməsi ilə bağlı seçkiqabağı vədlərinə əməl etməsini gözləyir.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfəri çərçivəsində onu müşayiət edən jurnalistlərə söyləyib.

Türkiyə liderinin sözlərinə görə, Ağ evin yeni rəhbərinin addımları müharibəyə deyil, sülhə xidmət etməlidir.

Ərdoğan Yaxın Şərqdəki vəziyyətə diqqət çəkərək, “Mən etdim, belə də olacaq” prinsipinin regionda işə yaramayacağını vurğulayıb.

Trampın Qəzza ilə bağlı bəyanatlarını şərh edən Türkiyə Prezidenti deyib: “Təəssüflər olsun ki, ABŞ bizim regionla bağlı səhv mövqe tutub. İstənilən addım regionun tarixi irsi və dəyərlərini nəzərə alaraq atılmalıdır. Bundan kənar istənilən nəzər nöqtəsi Birləşmiş Ştatlara fayda verməyəcək. Bu, gözlənilən sülhün bərpa edilməsi planına zidd və səhv yoldur”.

Seçilən
54
10
publika.az

10Mənbələr