AZ

"Gəlsinlər, USAİD-in Azərbaycandakı fəaliyyətini özləri yoxlasınlar" - QHT Forumunun sədri

“Dünən Azərbaycan Milli QHT Forumu olaraq ABŞ Prezidenti Donald Trump və ABŞ-ın Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOC) müraciət ünvanladıq. Müraciətimizdə prezident Donald Trumpa və Elon Muska USAİD-in fəaliyyətinin araşdırılması və korrupsiya əməllərinin təftişindəki uğurlarına görə təşəkkür etdik. Çünki ABŞ vergi ödəyiciləri pullarının qeyri-qanuni yollarla istifadəsi barədə məlumatlıyıq”.

Bu fikirləri AzNews.az-a Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə heyətinin sədri Ramil İsgəndərli söyləyib.

O qeyd edib ki, bilirik ki, USAİD-in korrupsiya mexanizmləri vasitəsilə vəsaitlərin yuyulması prosesi gedirdi və əvvəlki Bayden-Blinken administrasiyası dövründə bu qurum qara şəbəkə fəaliyyətinə dəstək verirdi.

“Bu fəaliyyət Azərbaycanda da öz təsirini göstərmişdi. Rəsmi rəqəmlərə görə, 1991-ci ildən indiyə qədər Azərbaycanda USAİD vasitəsilə 410 milyon dollar vəsait xərclənmişdir. Əlavə olaraq, məlum olub ki, hazırda 17 milyon dollar aktiv layihələrdə istifadə olunur. Lakin bu layihələrin icrası ilə bağlı şübhələrim var, çünki Donald Trumpın ilk qərarına əsasən, 90 gün ərzində USAİD-in bütün maliyyəsi dondurulmuşdur. Biz öz müraciətimizdə Tramp administrasiyasının Azərbaycanda da USAİD-in fəaliyyətini təftiş edəcəyinə və bu barədə məlumatların təqdim ediləcəyinə ümid etdik. Eyni zamanda, Milli QHT Forumu olaraq həftə ərzində Twitter və digər sosial şəbəkələrdə aktiv istifadəçilərdən 400 minə qədər reaksiya aldıq. 250 min reaksiya və 2000-dən çox post, poster, mem və şərh vasitəsilə geniş müzakirələr aparıldı. Bu fəaliyyətimiz ABŞ və Kanadada trendlərə çevrildi. Azərbaycandakı istifadəçilər arasında da geniş rezonans doğurdu və müraciətimiz geniş müzakirələrə səbəb oldu.

Ümid edirik ki, Tramp administrasiyası, bizim müraciətimizi nəzərə alaraq, USAİD fəaliyyətini təftiş etmək üçün hüquq-mühafizə orqanlarından ibarət bir qrup göndərəcək və ədalətli bir araşdırma aparılacaq”.

Seçilən
20
aznews.az

1Mənbələr