Çernobıl hadisəsindən və Zaporijjya AES-in yaxınlığında hərbi fəaliyyətin genişlənməsindən sonra qlobal nüvə təhlükəsizliyi təhdid altındadır.
Oxu24.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi deyib.
Qrossi nüvə fəlakətlərinin real təhlükəsinin davam etdiyini vurğulayaraq ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, MAQATE belə vəziyyətlərə cavab vermək üçün ən yüksək səviyyədə hazırlığını saxlamalıdır.
“Yanğınsöndürənlər və xüsusi texnika bir neçə dəqiqə ərzində hadisə yerinə gəlib. Hazırda strukturun daxili qoruyucu qabığının pozulması əlamətləri qeydə alınmayıb”, - təşkilatın açıqlamasında bildirilir.
Fevralın 14-də, Münhen Təhlükəsizlik Konfransının başlandığı gün sosial şəbəkələrdə Çernobıl Atom Elektrik Stansiyasına pilotsuz təyyarənin endirilməsinin videosu yayılıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri AES-in dördüncü reaktorunda partlayışın baş verdiyini təsdiqləyiblər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, Kiyevin Çernobıl AES-ə endirdiyi zərbə Ukraynanın nüvə təhlükəsizliyini pozmaq üçün atdığı son addım deyil.
Nigar