AZ

Türkiyə velosiped yarışlarına ev sahibliyi edir

Türkiyə velosiped yarışlarına ev sahibliyi edir.

“Report” xəbər verir ki, Antalyada keçirilən yarışlardan biri bu gündən başlayıb.

“Tour of Pedalia” adlanan yarış “Pedalia”nın qış velosiped seriyasının bir hissəsi kimi təşkil edilir.

Antalyada bu turnirdə iştirak etmək üçün müxtəlif ölkələri təmsil edən 11 velosiped komandasında yarışacaq 80-dən çox idmançı toplaşır. İlk dəfə təşkil edilən bu yarışda iştirakçılar 203 km-lik marşrutda mübarizə aparacaqlar.

Bununla yanaşı, Türkiyədə həvəskar velosipedçilərə özlərini sınamaq imkanı verən “Gran Fondo” təşkil olunacaq. Yarış çərçivəsində il ərzində ölkənin 13 fərqli vilayətində ümumilikdə 16 yarış keçiriləcək.

Bu il ərzində Türkiyədə keçiriləcək ən önəmli velosiped yarışlarından biri isə 27 aprel-4 mayda keçirilməsi planlaşdırılan “Prezident Velosiped Turu”dur. Bu yarışların ardınca isə oktyabrın 11-12-də İstanbulda “L’Etape Türkiye by “Tour de France” yarışları keçiriləcək.

Seçilən
0
2
report.az

3Mənbələr