Bakı. Trend:
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların siyahısınıgenişləndirib.
Trend xəbər verirki, bu barədə krallıq hökumətinin rəsmi saytında məlumat dərcolunub.
Siyahıya edilən əlavələr nəticəsində “Berdayuş” qeyri-filizşirkətinin sahibi Artyom Çayka, Rusiyanın Texniki və İxrac Nəzarətiüzrə Federal Xidmətinin direktoru Vladimir Selin, Rusiya müdafiənazirinin müavini Pavel Fradkova qarşı sanksiya tətbiq olunub.
Eyni zamanda, sanksiya siyahısına “Kirov-Enerqomaş” zavodu və“Rosatom Additivnıe Texnologii” şirkəti daxil edilib.
Bundan əvvəl, fevralın 11-də Böyük Britaniya hökumətikiberməkanda qanunsuz fəaliyyətdə şübhəli bilinən Rusiyadan olanaltı vətəndaş və iki təşkilata qarşı sanksiya elan etmişdi.