AZ

Hyundai Rusiyaya qayıtmağı planlaşdırır

Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai ABŞ-Rusiya danışıqları və sanksiyaların potensial ləğvi fonunda Rusiyaya qayıtmağı və Sankt-Peterburqdakı zavodunu geri almağı düşünür.

 

Bu barədə Yonhap agentliyi məlumat yayıb.

 

“Ukraynada sülh əldə olunarsa, Hyundai Motors-un çox güman ki, satılan zavodu geri alacağı və yenidən Rusiya bazarına girəcəyi ilə bağlı proqnozlar artır”, - hesabatda deyilir.

 

Bu yaxınlarda Hyundai tərəfindən Rusiyada ticarət nişanının yenidən qeydiyyata alınmasının da bu proqnozu dəstəklədiyi vurğulanır. Hyundai mətbuat xidməti şərh verməkdən imtina edib. Məqalədə qeyd edilir ki, Cənubi Koreya avtomobil istehsalçıları Rusiya bazarına qayıdarsa, Çin avtomobil brendlərinin artıq tutduğu mövqeləri geri qaytarmaq çətin olacaq.

 

AvtoVAZ-ın keçmiş rəhbəri Bu Anderson fevralın 11-də bildirib ki, Rusiya bazarını tərk etmiş Avropa, Amerika, Cənubi Koreya və Yapon brendləri nəhayət geri qayıdacaq. Eyni zamanda Anderson qeyd edib ki, onların qayıdışının dəqiq tarixini deyə bilməz.

Bundan əvvəl Şapşa Putinə Kaluqa vilayətindəki avtomobil şirkətlərinin müəssisələrinin rusiyalı investorlara verildiyini bildirmişdi.

 

Nigar

 

Seçilən
18
oxu24.com

1Mənbələr