Aleksander İsak "Liverpul"a keçməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "Nyukasl"ın ulduzu İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər. İsveçli ulduz bu yay karyerasını "Liverpul"da davam etdirə bilər. Bu barədə "Teamtalk" məlumat yayıb.
Qeyd edək ki, İsak UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupu üzrə Azərbaycan millisinə qarşı ilk oyunda (1:3) dubla imza atmışdı.