AZ

Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında fevralın 13-də siyasi məsləhətləşmələrin 1-ci raundu keçirilib.

Publika.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Küveyt tərəfindən isə xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP) çərçivəsində qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq yüksək qiymətləndirilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Seçilən
5
18
publika.az

10Mənbələr