14 fevral əksər ölkələrdə “sevgililər günü” kimi qeyd edilir.
Bu günü Azərbaycanda da qeyd edənlər çoxdur.
Azərbaycanda isə 2003-cü ildən başlayaraq “Sevgililər günü”nü 30 iyunda keçirənlər var.
Bu tarix 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyib, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, "Sevgililər Günü"-nün 14 fevralda qeyd olunması düz deyil:
“Kimsə bir vasitə axtarıb, öz sevgilisini təbrik etmək istəyirsə, bunda pis bir şey yoxdur. Lakin o bayramın çox təbliğ olunmasını da qəbul edə bilmirəm. Valentin xristianlarda keşiş olub. İki bir-birini sevən, lakin qovuşmağa icazə verilməyən cavana kəbin kəsib. Onların qovuşmasına şərait yaradıb, qanunları pozub. Lakin islam dinində belə deyil. İki nəfər bir-birini sevirsə, ata-ananın halallığı olmalıdır. İlk növbədə də onların nikahına ata icazə verməlidir. Bizim öz "Sevgililər Günü"-müz var”.
Sevinc