AZ

Ürəyinizi bütün xəstəliklərdən qoruyan QİDA

Ürək-damar xəstəliklərinin riskini azaltmaq üçün həkimlər qidalanma vərdişlərinə yenidən baxmağı tövsiyə edir. Bu məhsul ürək-damar sisteminin sağlamlığını qorumaq üçün əvəzsiz köməkçi ola bilər.

Milli.Azbu qidanı təqdim edir:

Söhbət tünd şokoladdan gedir. Tünd şokolad tərkibindəki flavonoidlər - güclü antioksidantlarla zəngindir. Bu maddələr "pis" xolesterin səviyyəsini azaltmağa, qan dövranını yaxşılaşdırmağa və damarları möhkəmləndirməyə kömək edir. Tünd şokoladı müntəzəm və qədərində qəbul etmək arterial təzyiqi normallaşdırır və ürək sağlamlığını dəstəkləyir.

Faydalı şokoladı necə seçmək olar?

Ən çox fayda verən şokoladın tərkibində 70 faiz və daha çox kakao olmalıdır. Unutmayın ki, bu məhsul yüksək kalorilidir, buna görə də optimal qəbul norması gündə 37 qram təşkil edir.

1. Çəkiyə nəzarət etməyə kömək edir

Amerikalı alimlərin araşdırmaları göstərir ki, yeməkdən 15 dəqiqə əvvəl kiçik bir parça tünd şokolad qəbul etmək aclıq hissini 50% azaldır. Bu, şokoladın toxluq hormonlarının istehsalına təsir göstərməsi ilə əlaqədardır və iştahı daha asan idarə etməyə imkan verir.

2. Beynin işini stimullaşdırır

Flavonoidlər sayəsində tünd şokolad beyin fəaliyyətini artırır, yaddaşı və koqnitiv funksiyaları yaxşılaşdırır. Alimlər bunu beynə qan axınının artması ilə əlaqələndirirlər ki, bu da onun daha yaxşı işləməsinə şərait yaradır.

3. Enerji verir

Əgər siz qəhvə içə bilmirsinizsə, tünd şokolad əla alternativdir. 100 qram məhsulda təxminən 43 mq kofein var ki, bu da bədənə enerji verir və oyanmağa kömək edir. Tünd şokolad təkcə ləzzətli desert deyil, həm də düzgün qəbul edildikdə ürək, beyin və ümumi sağlamlıq üçün faydalı olan əsl superqidadır. Əsas məsələ normanı gözləmək və yüksək kakao tərkibli şokolada üstünlük verməkdir. //Lent.az

Milli.Az

Seçilən
9
3
milli.az

4Mənbələr