AZ

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ekskursiyalar təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və Miniatür Kitab Muzeyinə ekskursiya təşkil edilib. 

 

 

Agentliyin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqların cəlb olunduğu ekskursiya 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunub. Yaradıcılıq Mərkəzi və Muzeylə tanış olan azyaşlılara bura haqqında faydalı məlumatlar verilib, günün mahiyyəti izah edilib. Sonda qonaqlara kitablar hədiyyə olunub. 

 

 

Daha bir ekskursiya isə Agentliyin Nərimanov Sosial Xidmət Mərkəzinin sosial reabilitasiya proqramına cəlb olunan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları üçün təşkil edilib. 

 

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına təşkil edilən ekskursiyada uşaqlar kitabxana və uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar. 

 

 

Ekskursiyaların təşkil olunmasında məqsəd uşaqların ictimai inklüziyası və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaq, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır. 

 

 

Tədbir çərçivəsində uşaqlar üçün “Alma” adlı nağıl tamaşası səhnələşdirilib, inkluziv təhsil üzrə pedaqoq Nailə Həsənzadə müəllifi olduğu autizm spektr pozuntulu uşaqlar üçün adaptiv mütaliə vasitəsi - “Mustafanın lupası” barədə məlumat verib.

Seçilən
38
qht.az

1Mənbələr