AZ

Sürücülərin qəza zamanı avtomobili kənara çəkməmək “qorxu”su nə vaxt düzələcək? VİDEO

Maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri zamanı sürücülərdə, belə fikir var ki,  avtomobili yolun hərəkət hissəsindən kənara çəkmək olmaz.

Xezerxeber.az xəbər verir ki, onlar elə düşünürlər ki, əgər bunu etsələr zərərçəkmiş və ya zərərvuranı müəyyən etmək mümkün olmayacaq.

Onların nəqliyyat vasitəsini hərəkət zolağından kənara çəkməyib sığorta nümayəndəsini gözləmələri isə hərəkətin intensiv olduğu yollarda sıxlığın yaranmasına səbəb olur.

Bəzəb saatlarla uzun tıxac da yaranır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyir ki, sürücülər qəzalar zamanı avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yarada bilərlər. Bunun üçün müəyyən şərtlər var.

Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov isə bildirib ki, bu məsələdə sürücülərin diqqət yetirməli olduğu məqamlar var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
11
xezerxeber.az

1Mənbələr