AZ

325 min avroluq müdafiəçi gəldi

“Turan Tovuz” ötən şənbə qış “transfer pəncərəsi”ndə 4-cü əcnəbi keçidini reallaşdırdı. “Bozqurdlar” Hayderson Hurtado ilə 2,5 illik müqavilə bağladı.

Hayderson 1995-ci il noyabrın 25-də dünyaya gəlib. Karyerası boyunca müxtəlif klublarda çıxış edib. O, peşəkar karyerasına 2018-ci ildə Brazilyanın “Genus” klubunda başlayıb və 6 oyun keçirib. Müdafiəçi 2019-cu ildə Brazilyanın “İtarare” klubunun şərəfini qoruyub. 2020/21 mövsümündə “Parana”nın uğurları üçün çalışan futbolçu 23 oyunda 1 qol vurub.

Hayderson 2021/22 mövsümündə Slovakiyanın “Sered” klubunda çıxış edib. Bu müddət ərzində futbolçu12 oyunda iştirak edib və qol vurmayıb. 2022/23 mövsümündə isə Slovakiyanın “Skalitsa”klubunda 16 oyunda 2 qolla yadda qalıb. Sonuncu dəfə Çexiya “Yablonets”inin formasını geyib.

36 oyunda meydana çıxan müdafiəçi qol vurmayıb. Onun transfer dəyəri 325 min avrodu.

ƏSƏD SEYİDOV

Seçilən
10
football-plus.az

1Mənbələr