AZ

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

Abşeron Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub.

"Report" xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87 və 130 kq-da qaliblər müəyyənləşib.

Ayxan Cavadov (60 kq), Fəraim Mustafayev (67 kq), Cavad Məmmədov (77 kq), Orxan Hacıyev (87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarış fevralın 11-dən 14-dək davam edib.

Seçilən
62
5
report.az

10Mənbələr