AZ

Ermənistan SQ-nin Baş Qərargah rəisi ABŞ, Almaniya, İsveç, Finlandiya, Argentinadan olan həmkarları ilə söhbət edib

Almaniya Federal Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, general Karsten Brauerin dəvəti ilə Münhen Təhlükəsizlik Konfransında iştirak edən Ermənistan müdafiə nazirinin birinci müavini, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan fevralın 14-də qapalı dəyirmi masada iştirak edib.

Herbiand.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Asryan həmçinin ABŞ, Almaniya, İsveç, Finlandiya, Argentinadan olan həmkarları, eyni zamanda NATO Hərbi Komitəsinin sədri ilə qeyri-rəsmi təmaslar aparıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
33
herbiand.az

1Mənbələr