AZ

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçirilən turnirin qızıl medalını qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirinin qızıl medalını qazanıblar.

"Report" xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında qarışıq-qoşa mübarizəsinin final görüşündə yerli idmançılara 3:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafat qazanmışdı.

Seçilən
28
5
report.az

8Mənbələr