AZ

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər - Yuxudan oyanan kimi yoxlayın

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər -

Səhər saatlarında bədənimizdə hiss etdiyimiz bəzi əlamətlər ciddi sağlamlıq problemlərinin, xüsusilə də xərçəngin ilkin siqnalları ola bilər. Bu səbəbdən, səhər oyandıqda bədənimizin verdiyi mesajlara diqqət yetirmək vacibdir.

Emlakbazari.az

E-saglam.az səhər saatlarında müşahidə edilə bilən və diqqət tələb edən bəzi əlamətlərə nəzərinizə çatdırır:

Davamlı öskürək: Səhər saatlarında davamlı öskürək, xüsusilə üç həftədən çox davam edərsə, ağciyər və ya qırtlaq xərçənginin ilkin əlaməti ola bilər. Əgər öskürək səbəbsiz və uzun müddətlidirsə, həkimə müraciət etmək məsləhətdir.

Həddindən artıq yorğunluq: Gecə yaxşı yatmanıza baxmayaraq, səhər oyandıqda özünüzü həddindən artıq yorğun hiss edirsinizsə və bu vəziyyət davamlıdırsa, bu, bədənin ciddi bir xəstəliklə mübarizə apardığını göstərə bilər. Xroniki yorğunluq, xüsusilə qan və mədə xərçənginin erkən əlamətlərindən biri ola bilər.

Gecə tərləmələri: Gecə tərləmələri, xüsusilə həddindən artıq və səbəbsizdirsə, limfoma kimi qan xərçənglərinin ilkin əlaməti ola bilər. Əgər gecə tərləmələri ilə tez-tez oyanırsınızsa və bu vəziyyət davam edirsə, tibbi yardım almaq vacibdir.

Bu əlamətlər hər zaman xərçəngin göstəricisi olmasa da, uzun müddət davam edərsə və ya gündəlik həyatınıza mənfi təsir edərsə, həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz, xərçəngin müalicəsində əhəmiyyətli rol oynayır və sağalma şansını artırır.

Bədəninizin verdiyi siqnallara diqqət yetirin və hər hansı bir narahatlıq hiss etdiyinizdə tibbi mütəxəssislə məsləhətləşin. Unutmayın, erkən müdaxilə həyatınızı xilas edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
9
7
e-saglam.az

8Mənbələr