AZ

"Monako" əsas futbolçusunu itirdi

Rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin "Monako"nun növbəti iki matçını buraxacaq.

90deqiqe.Az "Get French Football News"a istinadən xəbər verir ki, bu barədə “qırmızı-ağlar”ın baş məşqçisi Adi Hütter jurnalistlərə açıqlamasında bildirib.

O Qolovinin əlavəedici əzələsindən aldığı zədə səbəbindən qarşıdakı matçlarda komandaya kömək edə bilməyəcəyini qeyd edib.

Söhbət “Nant” (Fransa çempionatı, 15 fevral) və “Benfika” (Çempionlar Liqası, 18 fevral) ilə matçlardan gedir.

Xatırladaq ki, “Benfika” ilə ilk oyunda “Monako” doğma meydanda 0:1 hesabı ilə uduzmuşdu. Hazırda "Monako" Fransa çempionatının turnir cədvəlində dördüncü yerdədir.

Seçilən
3
90deqiqe.az

1Mənbələr