41 yaşlı müdafiəçi Dante "Nitsa" ilə müqaviləsini uzadıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər bir mövsümlük yeni əmək müqaviləsi imzalayıb.
Xatırladaq ki, braziliyalı oyunçu 2016-cı ilin avqustundan "Nitsa"nın rənglərini qoruyur. Transfermarkt Dantenin bazar dəyərini 500 min avro qiymətləndirir. Bu mövsüm braziliyalı 1-ci Liqada 15 matçda iştirak edib, 5 sarı vərəqə alıb. Fransa çempionatının 21 turundan sonra "Nitsa"nın 37 xalı var və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Komanda lider PSJ-dən 16 xal geri qalır.