AZ

FHN-dən sahibkarlara XƏBƏRDARLIQ - Cavabdeh şəxslər məsuliyyət daşıyacaqlar VİDEO

FHN-dən sahibkarlara XƏBƏRDARLIQ - Cavabdeh şəxslər məsuliyyət daşıyacaqlar

Güclü külək və ya texniki problem səbəbindən aşarsa güclü dağıntı və tələfata, hətta can itkisinə səbəb ola bilər. Buna görə də, paytaxtda təhlükəsizlik tələblərinə cavab verməyən qaldırıcı qurğuların istismarı dayandırılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 9 ədəd qaldırıcı qurğuya baxış keçirilib. Həmin qurğuların istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Təhlükəsizlik qaydalarına əməl edilmədiyi, texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, qurğuların texniki sənədlərinin olmadığı və kustar üsulla hazırlandığı müəyyən edilib. Nazirliyin rəsmisi bildirib ki, bununla bağlı həmin sahibkarlara xəbərdarlıq da edilib.

FHN-nin müfəttişlik rəisi Sahil Mənsimov qeyd edib ki, kustar üsulla hazırlanan qaldırıcı avadanlıqlar nazirlik tərəfindən qeydiyyata alınmamaqla yanaşı, istifadəsinə də icazə verilmir.

Nazirliyin əməkdaşı onu da əlavə edib ki, qeyri-standart və kustar üsulla hazırlanmış qurğuların istifadəsi qəti qadağandır. Əks halda, baş verə biləcək qəza və bədbəxt hadisələrə görə cavabdeh şəxslər məsuliyyət daşıyacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
xezerxeber.az

1Mənbələr