AZ

Bolqarıstan Prezidenti: Ukraynada problemin diplomatik yolla həllini tapmağın vaxtı çatıb



ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı görüşünə işarə edərək,

“Diplomatik üsullardan istifadə edərək davamlı həll yolları və sülh tapmağın vaxtıdır”.

Newscenter.az Röyters-ə istinadən bildirir ki, bunu Bolqarıstan prezidenti Rumen Radev Donald Tramp və Vladimir Putin arasında Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı görüşünə işarə edərkən deyib.

“Nəhayət, müdrikliyin səsi gəldi” deyən Radev, Tramp və Putinin görüşünün problemlərin həlli üçün güclü siyasi iradə nümayiş etdirdiyinə diqqət çəkib.

Radev problemin həlli üçün istifadə edilən üsullara toxunaraq, "Biz bu münaqişənin həllində istifadə edilən iqtisadi və hərbi üsullardan bezmişik və bunun mümkün olmadığını gördük. Diplomatik üsullardan istifadə etməklə Ukraynada davamlı həll və sülh tapmağın vaxtı çatıb",-deyə vurğulayıb.

Mehman Mehdiyev
Seçilən
8
newscenter.az

1Mənbələr