“Baku Electronics” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) maddəsi ilə ittiham edilir.
İttihama görə, şirkət satdığı keyfiyyətsiz məhsulu geri qaytarmayıb.
Qeyd edək ki, 444.2-ci maddəyə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
Hüseyn