AZ

ABŞ-ın vitse-prezidenti J.D.Vensdən sərt bəyanat: Rusiya Ukrayna ilə münaqişəni həll etməkdən imtina edəcəyi təqdirdə…

ABŞ-ın vitse-prezidenti J.D.Vens “The Wall Street Journal”a Rusiya Ukrayna ilə münaqişəni həll etməkdən imtina edəcəyi təqdirdə, Vaşinqtonun mümkün addımları barədə danışıb.

O, yeni sanksiyaların tətbiqini və hətta Amerika qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməyib. “İqtisadi təsir alətləri var və təbii ki, hərbi təsir alətləri var” – o deyib. Eyni zamanda, Ukraynanın təhlükəsizliyinə təminat və onun sərhədlərinə yenidən baxılması məsələləri qarşıdakı danışıqlarda müzakirə mövzusu olacaq.

Vitse-prezidentin sözlərinə görə, ABŞ hökuməti prezident Vladimir Putini Rusiya döyüş meydanında deyil, danışıqlar masası arxasında daha çox şeyə nail ola biləcəyinə inandırmaq niyyətindədir. J.D.Vens həmçinin bildirib ki, sülh danışıqları uğurlu olarsa, iki ölkə arasında münasibətlərdə sıfırlama baş verə bilər.
Qeyd edək ki, bir gün əvvəl Pentaqonun rəhbəri Pit Heqset Ukraynada Amerika hərbçilərinin yerləşdirilməsini birbaşa istisna etmişdi. O, həmçinin bildirib ki, 2014-cü ildə olduğu kimi Ukrayna sərhədlərinə qayıtmaq qeyri-real məqsəddir.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr