AZ

Kleberson ailəsi ilə birlikdə hücuma məruz qaldı

Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Kleberson ailəsi ilə birlikdə hücuma məruz qalıb.

Fanat.Az “A Bola”ya istinadən xəbər verir ki, 45 yaşlı veteran bunu sosial şəbəkələrdə açıqlayıb.

O, Kuritibada ailəsi ilə birlikdə oğlunun idarə etdiyi nəqliyyat vasitəsində olarkən başqa bir sürücü tərəfindən sıxışdırıldığını, daha sonra hücuma məruz qaldıqlarını bildirib.

Kleberson hadisədən sonra hüquq-mühafizə orqanlarına müraciət etdiyini və tibbi müayinədən keçdiyini bildirib.

Qeyd edək ki, Braziliya yığmasının heyətində 32 oyuna çıxan Kleberson 2002-ci ildə komandası ilə dünya çempionu olub.

Seçilən
3
fanat.az

1Mənbələr