AZ

Palma yağı niyə zərərlidir?

Palma yağı niyə zərərlidir?

Palma yağı dünyada ən çox istifadə edilən bitki yağıdır. 

Qlobal.net bildirir ki, bu yağ Şokoladdan tutmuş çipslərə qədər bir çox işlənmiş qidalarda, həmçinin təmizlik və kosmetik məhsullarda görünür. 

Bununla belə, Avropa Qida Təhlükəsizliyi Təşkilatına (EFSA) görə, bu yağlar xərçəng riski daşıya bilər.

Palma yağı nədir?

Palma yağı palma növü olan "Elaeis guineensis" ağacının meyvələrindən istehsal olunur. Dünyada yağ istehsalı üçün ən məhsuldar bitki olduğu bildirilən bu palma növünün 90 faizi İndoneziya və Malayziyada becərilən ərazilərdə rast gəlinir.

İstehsalçılar palma yağına üstünlük verirlər, çünki tərkibində trans yağ yoxdur, ərimə temperaturu yüksəkdir və istehsalı nisbətən ucuzdur.

Palma yağı sağlamlığa zərərlidirmi?

Palma yağı təbii qırmızı rəngini dəyişmək və qoxusunu aradan qaldırmaq üçün yüksək temperaturda təmizlənir. EFSA-ya görə, palma yağı 200 dərəcədən yüksək temperaturda təmizlənərsə, digər bitki yağlarından daha çox kanserogen maddələr ayrılır.

Bəzi tədqiqatçılar palma yağının yüksək doymuş yağ tərkibinə görə xolesterol səviyyəsini artıraraq infarkt və insult riskini artırdığını bildirirlər. Qızdırılan palma yağının yüksək təzyiqə səbəb olduğu da bildirilir.

İstehsalı dayandırılmalıdırmı?

Palma yağının istifadəsini dayandırmaq ən etibarlı həll ola bilər. Ancaq ekoloji təşkilatlar belə bir çağırış etmirlər. Çünki palma yağı əslində effektiv məhsuldur. 

Daha az torpaqdan və daha az zərərli pestisidlərdən istifadə etməklə daha çox məhsul əldə etmək olar.
Bir ton yağ istehsal olunan torpaq sahəsi belədir: palma yağı 0,26 hektar, kolza yağı 1,25 hektar, günəbaxan yağı 1,43 hektar, soya yağı 2 hektardır. 

Başqa sözlə, günəbaxan və ya soya kimi alternativ bitkilərdən eyni miqdarda yağ hasil etmək üçün daha böyük torpaqlardan istifadə etmək lazımdır. 

Palma yağı da bir çox insanı məşğulluqla təmin edir. Məsələn, İndoneziyada beş milyon insanın bu sektorda işlədiyi bildirilir.

Səbinə 
Qlobal.net

Seçilən
16
qlobal.net

1Mənbələr