AZ

İrəvanda İran səfirinin "Artsax" təxribatı: Bu addım nəyə işarə idi? - EKSPERT ŞƏRHLƏRİ

İranın Ermənistandakı səfiri Mehdi Sübhani ötən gün İrəvandakı məktəblərin birində hərbi hazırlıq dərsinə qatılıb.

Bu barədə ermənipərəst “Miran Press” Telegram kanalı məlumat yayıb.

Sinifdə hərbi hazırlıq fənninin tədris prosesi ilə tanış olan İran səfiri iddia edib ki, “Ermənistan və İran sülhə can atırlar. Onlar öz gücləri və dostluq dəstəyi ilə bu sülhü qoruya bilərlər”.

Əsas vəzifəsi diplomatik fəaliyyət göstərmək olan İran səfiri indi də erməni şagirdlərin anti-Azərbaycan ruhda yetişməsi üçün canfəşanlıq edir. Digər diqqətçəkən məqam isə İran səfirinin başı üstündə qondarma "artsax" gerbinin vurulmasıdır. Protokol qaydalarınna görə diplomatik şəxslərin olduğu məkanlarda belə məqamlara xüsusi diqqət edilir. Görünür, bu, məqsədli bir jestdir. Xankəndindəki separatçı xuntanın son günlərinədək İran TIR-larla onlara yanacaq daşıyırdı...

Ümumiyyətlə, bir səfirin başqa bir ölkədə hərbi hazırlıq dərsinə qatılmasını nə ilə izah etmək olar? Söhbət, bu gün də Azərbaycanla müharibə vəziyyətində olan, sürətlə silahlanmaya başlayaraq revanş hissi ilə yaşaya bir ölkədən gedirsə...

Turkustan.az olaraq bu sualımızı hərbi ekspertlər Ramiz ŞərifovEmin Həsənliyə ünvanladıq. Ramiz Şərifov açıqlamasında bildirdi ki,

Paşinyanın

Ümumiyyətlə İran İslam Respublikasının apardığı siyasət hələ 44 günlük müharibədə onu göstərirdi ki, üzdə İslam Respublikası olmasına baxmayaraq İran Ermənistan rəhbərlərinə, separatçılara aktiv kömək edirdi. Biz bunu yaxşı bilirdik. Belə deyim, Ermənistan bizim qələbəmizi həzm etdi, İran hələ edə bilmir, 2 tərəfli oynamağa dava edir. Onu da qeyd edim ki, Paşinyan və administirasiyası bizimlə sülh bağlamaq istədiklərini desələr də hələ də bəzi mətləblərdə Qondarma Dağlıq Qarabağ Respublikası kimi qurumun gah bayraqların, gah müxtəlif atributların istifadə edirlər. Ali Baş Kamandanımız düz qeyd eləyir ki, Ermənistan öz Konstitusiyasından da bu sözləri çıxarmalıdır. Qonşu İrana gəldikdə isə o, heç vaxt Azərbaycan Respublikasının güclənməsini istəməyəcək. Mən buna 100% əminəm. Ümumiyyətlə özümüzdən başqa heç kim bizim qüdrətli, güclü dövlət olmağımızı istəmir. Səfirin ora getməsi, Qondarma gerbin siniflərdə asılması sizə qəribə gəlməsin. Onlar bizə 44 günlük müharibədə 1 dəfə belə olsun kömək etdimi? Ya da ən azından təklif etmidi? Hələ az qalmışdı ki, Ermənistanla birləşib bizə qarşı vuruşsunlar. Bir hərbçi kimi bildirmək istəyirəm ki, hazırda ölkəmizin çiçəklənməsi, qüdrətlənməsi İranı çox narahat edir. Onlar hələ çox təxribatlara əl ata bilərlər. Biz bunların hamısına hazır olmalıyıq. Ermənistan, İran bu qələbəni tam həzm edənə qədər biz gücümüzü, ordumuzu daha da qüvvətləndirməliyik.

Hərbi ekspert Emin Həsənli də eyni düşüncələrdədir.

Ermənistan Azərbaycan torpaqlarını 30 ildən artıq işğalda saxlayanda İran hər zaman ona dəstək oldu. Həm maddi, həm də iqtisadi. Silahlar İranın üzərindən Ermənistana ötürülürdü. Qarabağda ermənilərin törətdiyi cinayətlər hamısı İranın gözü qarşısında həyata keçirilib. Müsəlman dövləti olaraq İran məscidlərin, məzarların dağıdılmasına etiraz etməyib, əksinə dəstəkləyib. Son zamanlar İran tez-tez "qırmızı xətt"-lə bağlı açıqlamalar verir, Zəngəzur dəhlizi ilə bağlı etirazlarını bildirir. Ardınca isə səfir gəlib bu cür hərbi məktəbdə iştirak edir, həm də Qondarma rejimin gerbinin altında. O, deyə bilməzdi ki, belə bir rejim ümumiyyətlər yoxdur, gorbagor olub? Görünən odur ki, İran xam xəyallara düşüb, Ermənistanı yenidən hansısa vəziyyətə sövq edir. İran unutmasın ki, Cənubda 30 milyondan artıq azərbaycanlı yaşayır. Onlar İran üçün vuruşublar, şəhid olublar. Bu gün İran ordusunun tərkibində xeyli azərbaycanlılar var. Onlar 2-ci Qarabağ savaşında Araz sahilinə gələrək, bizə dəstək göstərdilər. Bunları sosial medialarda hər kəs gördü. İran nəzərə almalıdır ki, ölkəsində yetəri qədər türklər var, ona görə də türk dövlətləri ilə normal münasibətlər yaratmaq lazımdır. Onu qeyd edim ki, İranın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizi də açılacaq, Türk dünyası da qurulacaq, İran da gec-tez bu proseslərin bir parçası olacaq!

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr