AZ

Los-Ancelesi daşqınlar cənginə aldı - Video

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles əyalətinin bəzi yerlərində daşqın nəticəsində suyun səviyyəsi 120 santimetrə qədər yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri yazıb.

Məlumata görə, əyalətin bəzi hissələri leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri ilə əhatə olunub. Belə ki, leysan yağışları nəticəsində avtomobillərə, evlərə ciddi ziyan dəyib.

Artıq şəhərin mərkəzində, eləcə də Malibu, San Fernando Vadisi, San Qabriel Vadisi, Vestsayd, Altadena, Şərqi Los-Anceles, Los-Şərqi Los-Anceles, Vittier və San Qabriel dağlarının bəzi ərazilərinə də ziyan dəydiyi bildirilir.

Qeyd edək ki, yanvarın 7-də başlayan Kaliforniyadakı yanğınlar nəticəsində dəyən ziyan yüz milyardlarla dollar dəyərində qiymətləndirilir.

Seçilən
16
1
axar.az

2Mənbələr