AZ

Deşam Fransa millisindən ayrılır

Didye Deşam DÇ-2026-dan sonra Fransa millisinin baş məşqçisi postunu tərk edəcək.

90deqiqe.Az xəbər verir ki, “AS" nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Mən yorğun deyiləm. Amma vaxtımın bitdiyini hiss edirəm. Hər yaxşı şeyin sonu var. Fransa millisində mənim oyun və məşqçilik həyatımı toplasanız, bu mənim peşəkar həyatımın 25 ilini əks etdirir.Uzun illər keçdi".

Didye Deşam 2014-cü ildə Fransa millisinin başına keçib. Məlum olub ki, mütəxəssis 12 il “üçrənglilər”in sükanı arxasında çalışacaq. Əlavə edək ki, 2026-cı ildə dünya çempionatına üç ölkə ev sahibliyi edəcək: ABŞ, Kanada və Meksika.

Seçilən
34
90deqiqe.az

1Mənbələr