AZ

“Həm Bundesliqanı, həm də Çempionlar Liqasını qazanmaq istəyirəm"

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala bu mövsüm komanda ilə nəyə nail olmaq istədiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Həm Bundesliqanı, həm də Çempionlar Liqasını qazanmaq istəyirik. Yeni müqavilə imzaladığım üçün çox şadam.İndi mənim üçün vacib olan ildən-ilə böyüməyə davam etməkdir".

Cümə axşamı klub rəsmi olaraq 21 yaşlı ulduzla yeni müqavilə imzaladığını açıqlayıb. Müqavilə 2030-cu ilə qədər qüvvədədir.

Yarımmüdafiəçi "Bavariya"nın heyətində 30 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Şənbə günü Münhen komandası səfərdə Bundesliqadakı əsas təqibçisi "Bayer Leverkuzen"lə qarşılaşacaq.

Seçilən
14
90deqiqe.az

1Mənbələr