AZ

“AGR” Rusiyada yeni avtomobil markasını təqdim edir…

AGR Automotive Group TENET adlı yeni avtomobil markasının təqdimatını elan edib.

SİA-nın məlumatına görə, hələlik gələcək modellərlə bağlı təfərrüatlar gizli saxlanılır.

Bir müddət əvvəl mediada Novo və Agron ticarət nişanlarının "AGR" tərəfindən qeydiyyata alınması ilə bağlı məlumatlar yayıldı ki, bu da şirkətin model çeşidini daha da genişləndirmək planlarını göstərə bilər.

Bundan əlavə, 2023-cü ilin payızında şərq tərəfdaşı ilə birgə yeni modellərin buraxılması imkanları müzakirə edilib. TENET brendi altında hansı avtomobillərin təqdim ediləcəyi və onların bazarda necə yerləşdiriləcəyi hələlik məlum deyil.

Buraxılış tarixləri və texniki spesifikasiyalar barədə də rəsmi açıqlamalar yoxdur.

Xatırladaq ki, hazırda şirkət Solaris brendi altında dörd modeldə təqdim olunan avtomobillər istehsal edir: Solaris HS, HC, KRS və KRX. 2024-cü ilin dekabrında yeni markanın 20 000-ci avtomobili konveyerdən çıxdı və ümumilikdə ildə 22 min avtomobil istehsal edilib.

Nazlı Almuradova

Seçilən
14
sia.az

1Mənbələr