AZ

"Mahirlə bağlı məsələni necə həll edəcəyimizi düşünürük" - Kloze

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı futbolçusu Mahir Emrelinin iş yerini dəyişmək üzrə olduğunu təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, O, 27 yaşlı hücumçunun komandadan ayrılmaq ehtimalının olduğunu bildirib:

"Mahirin başqa klubların maraq dairəsində olduğunu bilirik. Bu məsələni necə həll edəcəyimizi düşünürük. Onunla ətraflı söhbət etmişik. Özüm futbol oynamışam, transfer pəncərəsi açıq olduqca, hər oyunçuya təklif gələ bilər. Mahir özü də bizə təklifinin olduğunu deyib, amma rəsmi bir şey yoxdur".

46 yaşlı mütəxəssis Emrelinin "Dinamo"dan (Zaqreb, Xorvatiya) "Nürnberq"ə transferindən sonra onunla xüsusu proqramlar çərçivəsində çalışdığını bildirib:

"O, komandaya yeni gələndə çox yaxşı ünsiyyətimiz oldu və xüsusi məşqlər etdik. Bir müddət sonra yaxşı formaya düşdü və qarşılaşmalar zaman üstün performans sərgilədiyini söyləyə bilərəm".

Qeyd edək ki, mövsümün əvvəlində "Nürnberq"ə transfer olunan Mahir Emreli Cənubi Koreyanın "Seul" klubunun diqqət mərkəzindədir.

Seçilən
0
1
sportinfo.az

2Mənbələr