AZ

Azərbaycan taekvondoçuları daha 2 qızıl medala sahib çıxdı

Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gənc oğlanlar arasında çıxış edən Azərbaycan millisinin idmançıları mükafatlara sahib çıxıb.

Futbolpress.az xəbər verir ki, komandanın üzvləri Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara layiq görülüblər.

Xatırladaq ki, dünən gənc qızlar arasında taekvondoçu Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanmışdı.

Seçilən
34
21
futbolpress.az

10Mənbələr